Qlobal maliyyə böhranına baxmayaraq, futbolda pul dövranı getdikcə çoxalır. Avropanın ən mötəbər klub turniri olan Çempionlar Liqası 2009/10 mövsümündə təşkilatçılara 1,55 milyard dollar qazanc gətirəcək. Bu isə gəlirin ötən mövsümə görə 33 % yüksəlməsi deməkdir. Bu gəlirlərin əsası teleyayımdan və reklamlardan olacaq. Bütün gəlirlərin 2/3 hissəsi qrup mərhələsində iştirak edən 32 klub arasında bölünəcək. Bu mərhələdə iştirak edən hər klub 10,1 milyon dollar qazanacaq. Qalan gəlirlər isə klubların uğurlarına görə bölüşdürüləcək. Qrupda ilk yeri tutan klublar əlavə 1,14 milyon dollar qazanacaq. Turnirin qalibi büdcəsini 12,8 milyon, finalçısı isə 7, 4 milyon zənginləşdirəcək.
Bu məbləğdən UEFA-ya 285 milyon dollar çatacaq ki, bununla qurum yarışın təşkilatçılığına çəkilən xərcləri ödədikdən sonra qalan pulun müəyyən hissəsini Avropanın 53 milli federasiyası arasında bölüşdürəcək.









