Səviyyə fərqi öz sözünü dedi - muganfc.az
12:09, 20.05.2012
Ana səhifə Əlaqələr Saytın xəritəsi
Azeri Rus English
 
Yeni transferlərdən hansı daha çox özünü doğruldur?

Con Pelu
 
52.41%

Samuel Barlay
 
25.9%

George
Qulordava
 
9.64%

Serqey Çernışov
 
12.05%

Sayğac

Website counter

Bombardirlər
 
Türkiyə kuboku
 
Avropa Kuboku
 

 
Futbolçular haqqında

 
Bu yazı 252 dəfə oxunmuşdur.

Səviyyə fərqi öz sözünü dedi

Səviyyə fərqi öz sözünü dedi
 
24.08.09
 
Avropa Liqası 2009/10
Pley-off mərhələsi, ilk oyunlar
 
Qalatasaray - Levadiya (Estoniya) 5:0
Qollar: Keyta, 21, 45. Baroş, 56 (pen.). Kyuell, 78. Leytan, 88 (avtoqol).
Qalatasaray: Leo Franko, Gökhan Zan, Sərvət Çətin, Hakan Balta, Sabri, Aydın (Kyuell, 62), Mustafa Sarp (Mehmet Topal, 75), Ayhan, Keyta, Arda, Baroş (Elano, 69).
Levadiya: Kaalma, Teniste (E. Puri, 74), Morozov, Kalimulin, Sisov, Nahk, Leytan, İvanov, Qussev, S. Puri (Saarelma, 20), Zelinski.
“Qalatasaray” Avropa Liqasının pley-off mərhələsinin ilk matçında 2009-cu il Estoniya çempionatının lideri “Levadiya” klubunu qonaq edirdi.
 
Elano və Mehmet Topal ehtiyat oyunçular skamyasında
“Mançester Siti”dən transfer olunan Elano və uzun müddətdir zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Mehmet Topal ehtiyat oyunçular skamyasında yer almışdı.
 
Topaldan fərqli olaraq, 28 yaşlı braziliyalı futbolçu matçın 69-cu dəqiqəsində Milan Baroşu əvəzləyərək “Qalatasaray”ın heyətində debüt etdi.
 
Tobias Linderot və Sərkan Çalık isə zədəli olduqları üçün matçı tribunalardan izləyirdilər.
 
İlk yarının qəhrəmanı Keyta oldu
Oyuna sürətli başlayan “Qalatasaray” rəqibini ilk dəqiqələrdən qapısına sıxmağı bacardı. Qarşılaşmanın 21-ci dəqiqəsində Arda qapıçı ilə təkbətək çıxsa da, rəqib qolkiperdən qayıdan top boş mövqedə qərarlaşan Keytaya düşdü. “Lion”dan transfer olunan kot d’ivuarlı futbolçu isə hesabı açdı. Keyta bir də birinci hissənin son dəqiqəsində fərqləndi. Onun cərimə zərbəsindən qapıya ünvanladığı topun qarşısı alınmaz oldu.
 
Pərdə avtoqolla bağlandı
İkinci hissəyə də hücumlarla başlayan “Qalatasaray” 56-cı dəqiqədə penalti vurmaq imkanı qazandı. “Levadiya”nın müdafiəçisi Morozov cərimə meydançasında Ardaya qarşı kobud oynadı və hakim tərəddüd etmədən penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Milan Baroşun zərbəsi isə dəqiq oldu.
 
Meydana sonradan daxil olan Harri Kyuell 78-ci dəqiqədə Hakan Baltadan aldığı ötürməni layiqincə dəyərləndirərək hesabı artırdı. Matçın başa çatmasına iki dəqiqə qalmış isə Ardanın rəqibin cərimə meydançasına ünvanladığı zərbədən sonra Estoniya təmsilçisinin üzvi Leytan topu başla öz qapısına vurdu.
 
“Tezliklə bütün Avropa “Qalatasaray”dan danışacaq”
Matçdan sonra keçirilən mətbuat konfransına qatılan “Qalatasaray”ın baş məşqçisi Frank Raykard komandasının oyunundan razı qaldığını dilə gətirib: “Müdafiəyə oturan komandalarla mübarizə aparmaq hər zaman çətin olub. Amma hesabı erkən açmağımız bizim xeyrimizə oldu. “Qalatasaray” günü-gündən daha baxımlı futbol nümayiş etdirir. Tezliklə bütün Avropa bizdən danışacaq”.
 
5 milyon avro+Nonda=Sərcan Yıldırım
 
Sabri “Milan”a gedir?
Son olaraq “Mançester Siti”dən Elanonu transfer edən “Qalatasaray” “Bursaspor”un hücumçusu Sərcan Yıldırımın keçidini bitirmək üzrədir. “Fotomaç”ın məlumatına görə, “Cim-Bom”un rəsmisi Haldun Üstünəl “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Fənərbağça” və “Beşiktaş”ın da maraq dairəsində olan 19 yaşlı futbolçu ilə anlaşıb.
 
Bir müddət əvvəl “Bursaspor” Sərcanı 10 milyon avro məbləğində qiymətləndirmişdi. Lakin “Qalatasaray”ın rəhbərliyi adıçəkilən futbolçu üçün 5 milyon avro və üstəlik hücumçu Şabanı Nondanı da verməyə razıdır.
 
Sərcan 2008/09 mövsümündə “Bursaspor”un heyətində Superliqada 30 matça 11 qola imza atıb. Bu arada, “Qalatasaray”ın və Türkiyə millisinin sağ cinah müdafiəçisi Sabri Sarıoğlu (şəkildə) karyerasını İtaliyada davam etdirə bilər. “Fotomaç”ın məlumatına görə, “Milan” 25 yaşlı futbolçunu heyətində görmək istəyir. Masssimo Oddoya əvəzləyici axtaran “rossonyerlər”in bir neçə rəsmisi “Levadiya” ilə oyunu tribunalardan izləyib. Bu xəbəri Sabrinin meneceri Ali Güvən də təsdiqləyib.
Bu arada, Superliqanın son turunda “Dənizlispor”la keçirilmiş qarşılaşmada stadiona biletsiz azarkeşlər daxil olduğu üçün Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”ı 15 min TL məbləğində cərimələyib.
 
Sion (İsveçrə) - Fənərbağça 0:2
Qollar: Andre Santos, 44. Kazım, 85.
Sion: Vanins, Aliui, Paito, Vançak, Marin, Şihab, Serey, Fermino, Obradoviç (Yoda, 60), Domingez (Afonso, 78), Mpenza.
Fənərbağça: Volkan Dəmirəl, Luqano, Roberto Karlos, Andre Santos, Gökhan Gönül, Əmrə (Uğur, 76), Kristian, Dəniz (Öndər, 29), Kazım, Güiza, Deyvid (Semih, 63).
 
Avropa Liqasında mübarizə aparan Türkiyə klublarından yalnız “Fənərbağça” ilk oyununu səfərdə keçirdi ki, bu da “sarı-lacivərdlilər” üçün əlavə stimul idi. Cenevrədə “Sion”un qonağı olan Kristof Daumun komandası vətənə sərfəli nəticə ilə dönməyi bacardı.
 
Luqano start heyətində
“Fənərbağça” ilə yeni müqavilə imzalayan uruqvaylı müdafiəçi Dieqo Luqano start onbirliyində yer almışdı. Kart cəzası səbəbindən bu matçı buraxan Bilikanın mövqeyində isə Dəniz Barış qərarlaşmışdı ki, o da bu mövsüm ilk dəfə start heyətində meydana çıxmışdı. Lakin Dəniz 29-cu dəqiqədə zədələnərək Öndərlə əvəzləndi.
 
Superliqanın son turunda evdə “Sivasspor”la keçirilən qarşılaşmada (3:0) zədələnərək iki həftə yaşıl meydanlardan kənarda qalacaq kapitan Aleks de Souzanın funksiyasını isə Deyvid yerinə yetirirdi. Braziliyalı pleymeykerin yoxluğunda Əmrə Belözoğlu kapitanlıq sarğısına sahib çıxmışdı.
 
İlk qol Andre Santosdan gəldi
Oyuna hücumlarla başlayan “Sion” 4-cü dəqiqədə hesabı açmaq üçün real imkan qazandı. Belçika yığmasının hücumçusu Emil Mpenzanın zərbəsindən sonra Volkan inanılmaz reaksiya ilə topu dəf etdi. Bir qədər sonra Güizanın “aşırma” zərbəsi topun qapıdan azca aralı keçməsi ilə nəticələndi.
 
Birinci hissənin sonlarına yaxın meydanın mərkəzini tamamilə ələ keçirən “Fənərbağça” 44-cü dəqiqədə hesabı açdı. “Sivasspor”la keçirilən qarşılaşmada baxımlı qola imza atan Andre Santos bu dəfə Güizanın “hədiyyə”sini lazımınca dəyərləndirdi.
 
Roberto Karlos fərqləndi, amma....
İkinci hissəyə sürətli başlayan “Fənərbağça” debütdəcə qol vurdu. Roberto Karlosun cərimə zərbəsindən qapıya ünvanladığı zərbədən sonra top tora qovuşsa da, hakim qolu hesaba almadı. Çünki bu epizodda top Andre Santosun əlinə dəyərək qapıdan keçmişdi.
 
Əvvəl Mpenza, daha sonra Güiza dirəyi keçə bilmədi.
Qarşılaşmanın 64-cü dəqiqəsində “Sion” hesabı bərabərləşdirmək üçün matçda ən real qol vəziyyətini yaratdı. Öndərin kobud səhvindən istifadə edən Mpenza topu Volkanın yanından qapıya göndərsə də, dirək tablodakı rəqəmlərin dəyişməsinə mane oldu.
70-ci dəqiqədə isə Güiza inanılmaz qol epizodundan yararlana bilmədi. 28 yaşlı ispan forvard topu Latviya yığmasının qapıçısı Andris Vaninsin başı üzərindən qapıya göndərmək istəsə də, yuvarlaq meşin müdafiəçilərə toxunaraq yenidən onun qarşısına düşdü. Belə olan vəziyyətdə Güiza boş qapıdansa dirəyi nişan aldı.
 
Son nöqtəni Kazım qoydu
Uğur Boral və Semih Şentürkün meydana daxil olması ilə daha da inamlı oyun göstərən “Fənərbağça” matçın başa çatmasına iki dəqiqə qalmış hesabı artırdı. Semih iki müdafiəçidən sıyrılaraq topu daha yaxşı mövqe seçmiş Kazıma ötürdü. O, isə topu boş qapıya vuraraq matçın hesabını rəsmiləşdirdi.
 
“Daha çox qol vura bilərdik”
Oyundan sonra mətbuat konfransına qatılan “Fənərbağça”nın baş məşqçisi Kristof Daum qələbə qazanmaqlarına baxmayaraq, onlar üçün cavab oyununun çətin keçəcəyini bildirib: “Hər iki hissədə yaxşı oynadıq. Rəqib də hər an hesabı bərabərləşdirə bilərdi. Kifayət qədər qol imkanlarından yararlana bilmədik. Amma son anda Kazımın dəqiq zərbəsilə istədiyimiz nəticəni qazana bildik. Qalib gəlməyimizə baxmayaraq, İstanbulda bizə çətin olacaq”.
"QƏBƏLƏ" –  "MUĞAN"
(19.05.2011,16:00,Şəfa stadionu)
 
Online


 PREMYER LİQA
Komanda o q h m Qollar Xallar
Neftçi
31
19
9
3
52-16
66
Xəzər Lənkəran
31
16
11
4
37-17
59
Qarabağ
31
17
7
7
40-19
58
AZAL
31
12
10
9
33-27
46
İnter
31
12
10
9
28-24
46
Bakı
31
10
10
11
33-31
40
Qəbələ
31
12
12
7
29-17
48
Muğan
31
13
8
10
28-29
47
Gəncə
31
8
12
11
30-33
36
Turan
31
7
6
18
23-43
27
Simurq
31
3
7
21
16-49
16
MOİK
31
3
6
22
10-54
15
 

NÖVBƏTİ OYUNLAR
Komanda Tarix Saat
BAKI – İNTER 18.05.2011
AZAL – QARABAĞ 18.05.2011
NEFTÇİ – XƏZƏR-LƏNKƏRAN 18.05.2011
MOİK – TURAN 19.05.2011
SİMURQ – GƏNCƏ 19.05.2011
Qəbələ – Mugan 19.05.2011