Qalatasaray” rəqib tanımır - muganfc.az
12:06, 20.05.2012
Ana səhifə Əlaqələr Saytın xəritəsi
Azeri Rus English
 
Yeni transferlərdən hansı daha çox özünü doğruldur?

Con Pelu
 
52.41%

Samuel Barlay
 
25.9%

George
Qulordava
 
9.64%

Serqey Çernışov
 
12.05%

Sayğac

Website counter

Bombardirlər
 
Türkiyə kuboku
 
Avropa Kuboku
 

 
Futbolçular haqqında

 
Bu yazı 265 dəfə oxunmuşdur.

Qalatasaray” rəqib tanımır

26.08.09
 
Elano ilk qolunu vurdu
 
Türkiyə çempionatı
3-cü tur
 
Qalatasaray - Kayserispor 4:1
Qollar: Baroş, 14, 89. Makukula, 35 (avtoqol). Elano, 62 - Makukula, 31.
Qalatasaray: Leo Franko, Sabri, Sərvət Çətin, Gökhan Zan, Hakan Balta (Uğur, 51), Mustafa Sarp, Ayhan (Mehmet Topal, 79), Keyta (Elano, 46), Aydın, Arda, Baroş.
Kayserispor: Suleymanu, Eren, Ali, Aydın, Toledo (Savaş, 34), Kangele, Saydu, Bilal, Gökhan (Olembe, 46), Makukula, Troisi (Semih, 76).
 
Mövsümlərarası fasilədə etdiyi transferlərlə diqqət mərkəzinə düşən “Qalatasaray” Superliqada ardıcıl üçüncü qələbəsini qazandı. Frank Raykardın komandası bu dəfə “Ali Sami Yen” stadionunda “Kayserispor”u darmadağın etdi.
 
Hesabı Baroş açdı
Oyuna sürətli başlayan “Qalatasaray” ilk dəqiqələrdən rəqibini qapısına sıxmağı bacardı. Qarşılaşmanın 14-cü dəqiqəsində Ardanın zərbəsindən sonra Suleymanu topu dəf etmək istəyən zaman Baroş özünü irəli ataraq onu qapıya göndərdi. “Kayserispor”un futbolçuları bu epizodda çexiyalı forvardın təhlükəli oynadığını hakimə bildirsələr də, referinin qərarı dəyişməz qaldı.
 
Makukula əvvəlcə rəqib..
Hesabda önə çıxan “Qalatasaray”ın qol sevinci uzun sürmədi. İlk yarımsaatın tamamında “Kayserispor”un “Bolton”dan transfer etdiyi Aziza Makukula Sərvəti qapaqlayaraq künc zərbəsindən ötürülən topu başla qapıya göndərib “status-kvo”nu bərpa etdi.
 
...Sonra öz qapısına
Portuqaliya millisində 4 oyun keçirmiş (1 qol), əslən Konqodan olan
28 yaşlı futbolçu 4 dəqiqə sonra yenidən fərqləndi. O, bu dəfə rəqib qapısına deyil, öz qapısına yol tapdı. Makukula Suleymanunun rahat qəbul edəcəyi topu uzaqlaşdırmaq istəyərkən onu başla öz qapısına vurdu.
 
Elano ilk qolunu vurdu
“Mançester Siti”dən transfer olunan Elano “Qalatasaray”ın heyətində ilk qolunu vurdu. Qarşılaşmanın 62-ci dəqiqəsində 28 yaşlı yarımmüdafiəçi təxminən 30 metrlik məsafədən topu saxlamadan qapıya göndərərək baxımlı qola imza atdı.
Oyunun başa çatmasına bir dəqiqə qalmış səhnəyə yenidən Milan Baroş çıxdı. Sol cinahdan Ardanın ötürməsini qəbul edən 27 yaşlı çexiyalı futbolçu dəqiq zərbə ilə topu tora qovuşdurdu.
Yeri gəlmişkən, “Qalatasaray”ın yarımmüdafiəçisi Arda Turan Superliqanın ilk 3 turunda 5 qol ötürməsi verib. Avroliqa oyunlarını da nəzərə alsaq, bu rəqəm 11-ə çatır.
 
Hakan Baltanın zədəsi ciddi ola bilər
Qarşılaşmanın 51-ci dəqiqəsində rəqib futbolçu ilə toqquşan Hakan Balta sağ ayağından zədə alıb. Dərhal xəstəxanaya yerləşdirilən 26 yaşlı futbolçunun nə zaman yaşıl meydanlara qayıdacağı tibbi müayinədən sonra müəyyənləşəcək. Türkiyə mətbuatının məlumatına görə, Hakan ən azı 3 ay futboldan uzaq qalacaq.
 
“Trabzonspor”u öz futbolçusu məyus etdi
 
Manisaspor - Trabzonspor 1:0
İsaak Promise, 16.
 
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Avni Aker”də “Tuluza”ya məğlub olan (1:3) “Trabzonspor” Manisadan da əliboş dönüb. Yeni transfer Draqo Qabriçin ilk onbirlikdə yer aldığı bu görüşdə Qara dəniz təmsilçisi “Manisaspor”a icarəyə verdiyi nigeriyalı hücumçusu İsaak Promisenin qolu ilə uduzdu.
 
Gənclərbirliyi - Beşiktaş 0:0
“Gənclərbirliyi” ardıcıl 3-cü heç-heçəyə imza atdı.
 
Bursaspor - Ankaragücü 1:0
Ömər, 25.
 
Antalyaspor - Kasımpaşa 2:0
Jedinik, 60. Veysəl Cihan, 84.
 
Qaziantepspor - Ankaraspor 1:1
Da Silva, 82 - Brabeç, 29.
 
İstanbul BB - Eskişehirspor 0:0
 
Qeyd: Diyarbakırspor - Fənərbağça oyunu dünən gec başa çatıb.
 
“Sivasspor” - “Dənizlispor” matçı birincilərin bu gün Avropa Liqası çərçivəsində “Şaxtyor”la keçiriləcək oyunu ilə əlaqədar sentyabrın 2-nə təxirə salınıb.
 
Bombardirlər: Güiza (Fənərbağça), Arda, Kyuell, Baroş (hamısı Qalatasaray), Ceyhun (Ankaragücü), İbrahim Akın (İstanbul BB), Tazameta (Diyarbakırspor), Sərcan Yıldırım (Bursaspor), Yula (Eskişehirspor) - 2.
"QƏBƏLƏ" –  "MUĞAN"
(19.05.2011,16:00,Şəfa stadionu)
 
Online


 PREMYER LİQA
Komanda o q h m Qollar Xallar
Neftçi
31
19
9
3
52-16
66
Xəzər Lənkəran
31
16
11
4
37-17
59
Qarabağ
31
17
7
7
40-19
58
AZAL
31
12
10
9
33-27
46
İnter
31
12
10
9
28-24
46
Bakı
31
10
10
11
33-31
40
Qəbələ
31
12
12
7
29-17
48
Muğan
31
13
8
10
28-29
47
Gəncə
31
8
12
11
30-33
36
Turan
31
7
6
18
23-43
27
Simurq
31
3
7
21
16-49
16
MOİK
31
3
6
22
10-54
15
 

NÖVBƏTİ OYUNLAR
Komanda Tarix Saat
BAKI – İNTER 18.05.2011
AZAL – QARABAĞ 18.05.2011
NEFTÇİ – XƏZƏR-LƏNKƏRAN 18.05.2011
MOİK – TURAN 19.05.2011
SİMURQ – GƏNCƏ 19.05.2011
Qəbələ – Mugan 19.05.2011