15.09.09
Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Azərbaycan təmsilçilərinin çıxış etmədiyi yarışların əsas mərhələsində hər birində 4 iştirakçı olmaqla, 12 qrupa bölünən komandalar 2 dövrədə mübarizə aparacaq. Öz qruplarında ilk 2 yeri tutanların vəsiqə qazandığı 1/16 finala daha 8 iştirakçısı Çempionlar Liqasının qruplarında üçüncü yerin sahibləri olacaq.
Türkiyə təmsilçilərindən “Qalatasaray” və “Fənərbaxça”da öz rəqiblərinin adlarını bilib. Qitə ortababları ilə bir qrupa düşən “Cim-Bom” Avstriya “Şturm”u, Rumıniya “Dinamo”su ilə yanaşı, prinsipial rəqib yunan “Panatinaikos”unu da keçməlidir.
“Fənərbaxça” isə “Qarabağ”ın qisasını almağa çalışacaq. İstanbullular Azərbaycan kubokunun son qalibini Avropa Liqasına buraxmayan Hollandiya “Tvente”sinin əsl gücünə aydınlıq gətirəcək. Türkiyəlilərin digər rəqibləri isə ötən il “Qalatasaray”ı Çempionlar Liqasından kənarlaşdıran Rumıniya “Styaua” və Moldova futbolunda tarix yazaraq, ilk dəfə qrupa vəsiqə qazanan “Şerif”dir.
Digər təmsilçimiz “Bakı”nı Avropa Liqasından kənarlaşdıran “Bazel” isə daha güclü qrupda mübarizə aparacaq. İsveçrəlilər təsnifat mərhələsindəki hər rəqibinə oyunların birində 7 qol vuran İtaliya “Roma”sı və İngiltərə “Fulhem”i düşüb. Bakının “Neftçi” klubunun sabiq yarımmüdafiəçisi Svetoslav Stefanovun yer aldığı Bolqarıstan MOİK-i də bu klublarla mübarizə aparacaq. “Bakı”nın digər qənimi “Levski” də Romaya yollanacaq. Lakin onların rəqibi İtaliya “Latsio”su, həmçinin “Vilyarreal” və “Zalsburq”dur.