15.04.10
Kuranyiyə daha 10 komandadan transfer təklifləri gəlib
Türkiyənin "Fənərbaxça" klubu Almaniyanın Bundesliqa komandalarından olan "Şalke"nin oyunçusu Kevin Kuranyiyə transfer üçün 6 milyon avro təklif edib. Almaniyanın "Bild" qəzetinin məlumatına görə , Kuranyiyə daha 10 komandadan transfer təklifləri gəlib. Bu komandalar arasında "Yuventus", "Dinamo Moskva" və s. məhşur klublar var. "Fənərbaxça" isə 3 illik müqavilə üçün 6 milyon avro təklif edib.









