03.07.10
Son həftələrdə Türkiyə mətbuatında Cimbomun düşərgəsindəki proseslərin daha çox işıqlandırıldığının şahidi oluruq. İyulun 5-də yığışacaq komandanın daha sonra kamp üçün Hollandiyaya yola düşəcəyi gözlənilir. Neyl, Elano və Keytanın isə heyyətə nə vaxt qatılacağı hələ dəqiqləşməyib.

Yeni transferlərdən isə Xəlil Altıntopun sarı-qırmızılıların heyyətinə qatılacağı artıq dəqiqləşib. Bununla belə Qalatasaray Keytanı itirə bilər. Belə ki, Everton klubu futbolçunu heyyətinə qatmaqda israrlıdır. Xatırladaq ki,Keytanın Türkiyə klubu ilə 2012-ci ilə qədər müqaviləsi var və bunun müqabilində Everton klubu Cimboma pul ödəmək niyyətindədir. İngilislər tərəfindən transferlə bağlı təklifin yaxın günlərdə ediləcəyi gözlənilir.