Muğan Futbol Klubu 2007-ci yaradılıb və hal hazırda Futbol üzrə Premier Liqanın ən ənc klubudur. Klub 2008 ilə qədər “NBC” adı altında çıxış edib və 16.10.2008 tarixindən etibarən Muğan Peşəkar Futbol Klubu adlanır. Azərbaycanın Futbol Çempionatında “Muğan” PFK-nın əsas, əvəzedici, U-17, U-15, U-13 komandaları iştirak edirlər.
“Muğan” PFK-nın 3 futbolçusu Azərbaycanın U-21 milli yığma komandasında çıxış edir. “Muğan” komandası Salyan şəhərini təmsil edir və ev oyunlarını Salyan Olimpiya Kompleksinin stadionunda keçirir.Stadionun tamaşaçı tutumu 2000 nəfərdir.
Komanda fəaliyyətini 5 sponsorun dəstəyi ilə davam etdirir. Bunlar Nissan, Ford, Vittel, NBC Bank və İtaliyanın idman geyim brendi olan LEGEA-dır. “Muğan” PFK haqqında xəbərlər və informasiyalar,klubun rəsimi saytı olan www.muganfc.com internet saytı vasitəsilə izləyicilərin nəzərinə çatdırılır.
Muğan Futbol Klubunun baş sponsoru “Nissan”ın Azərbaycandakı rəsmi distribyutoru olan “Nurgün Motors” şirkətidir. Komandanın geyim təchizatı ilə bağlı tələbatı İtalyanın “LEGEA” şirkəti tərəfindən təmin edilir. Futbol klubunun rəmzləri olan bayrağı və loqosunda tünd qırmızı və ağ rənglər vəhdət təşkil edir. Həmçinin, klubun loqosunda cəldlik və cürət rəmzi olan maral təsvirləri əks olunmuşdur. Komanda 2 ildir ki, premier liqada çıxış edir və qarşısına konkret məqsədlər qoymuşdur.
“Muğan” komandasının əsas hədəfi premier liqada və ölkə kuboku uğrunda keçirilən yarışlarda maksimum nəticələr əldə etmək və ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil etməkdir.