Barselona və Real üz-üzə gələcəklər
03.02.10
Bu dəfəki qarşılaşma xeyriyyə xarakterli olacaq
İspaniyanın iki məşhur klubu "Barselona" və "Real" bu dəfə xeyriyyə matçında üz-üzə gələcəklər. Oyunun keçirilməsində məqsəd Haitidə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara maddi yardım toplamaqdır.
Hər iki klub prezidentləri artıq görüşərək oyunun keçirilməsi haqqında razılığa gəliblər. Ancaq hələ ki, qarşılaşmanın baş tutacağı tarix dəqiqləşməyib.
Xatırladaq ki, hər iki klub artıq Haitiyə maddi yardım göstəriblər. "Barselona" dağılmış məktəb binalarından birinin yenidən qurulmasına 250 min avro vəsait ayırıb. "Real" klubu da paytaxt Port-o-Prens-də orta məktəblərdən birini təmir etməyi öz üzərinə götürüb.
Mənbə: ANSPRESS.COM







