Muğan İnterin qonağı olacaq
03.02.10
Bu gün “Muğan” komandası Bakı təmsilçisi “İnter”in qonağı olacaq. Matç saat 16.00-da “Şəfa” stadionunda keçiriləcək. Qeyd edək ki, adı çəkilən komandaların ilk qarşılaşması 18 oktyabr 2009 tarixdə keçirilmişdi.Transfer periodu ərzində heyyətlərini gücləndirən. Hər iki komandanın bu matç üçün qələbəyə iddialı olduğu şübhəsizdir. Muğan futbol klubunun heyyətində keçən dövrədə çıxış edən futbolçularla bərabər yeni futbolçuların əsas heyyətdə yer alacağı da istisna edilmir. Lakin Bosnyalı mütəxəssisin ilk 11-lik olaraq hansı futbolçulardan yararlanacağı yalnız matç saatı bəlli olacaq. Baş məşqçi Almir Hurtiç “İnter”-lə keçiriləcək matçöncəsi sonmüsahibəsində heyyətin oyuna tam hazır olduğunu və heç bir problemin yaşanmadığını bildirmişdi. Bosnyalı mütəxəssis eyni zamanda zədəli futolçular nöqteyi – nəzərindən problemlərin olmadığını dilə gətirmişdi.










