«Simurq» rəqibini böyük hesabla məğlub etdi
22.01.10
Gürcüstanda təlim-məşq toplanışı keçirən Zaqatalanın "Simurq" kollektivi ikinci yoxlama oyununda qüvvəsini sınayıb. İlk oyunda Gürcüstan çempionu "VİT Georgia" klubuna 1:2 hesabı ilə məğlub olan Roman Pokoranın yetirmələri ikinci qarşılaşmada rəqibini böyük hesabla üstələyib. Zaqatala təmilsiçi Gürcüstan birinci divizionunda mübarizə aparan "35 Tbilisi" klubuna 6:2 hesabı ilə qalib gəlib.Qeyd edək ki, "Simurq" növbəti yoxlama oyununu yanvarın 23-də keçirəcək.
Mənbə: PFL.AZ







