Əhməd Ticani iki ay oynamayacaq
22.01.10
"Bakı" futbol klubunun hücumçusu Əhməd Ticani əməliyyat olunub. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Türkiyədə keçirilən toplanış zamanı "Karşıyaka" ilə yoxlama oyununda çiynindən zədələnən 23 yaşlı futbolçunun İstanbulda uğurlu əməliyyat keçirdiyi bildirilir. Buna baxmayaraq, Əhməd Ticanı iki ay meydanlardan uzaq qalmalı olacaq.Mənbə: PFL.AZ







