«Qarabağ» 3 futbolçunu baxışa çağırıb
19.01.10
Hazıqları Türkiyədə davam etdirən “Qarabağ” futbol klubu baxış üçün bir neçə futbolçu dəvət edib. Bunlardan ikisi Argentinalı digəri isə Litvalıdır. Əldə etdiyimiz məlumata görə Litvalı futbolçu Mindaugas Grigaleviçius Son mövsümü təmsil etdiyi ölkənin Vetra klubunda başa vurmuşdur. Argentinalı futbolçulardan Sezar Junko son mövsümdə “Almagro” Ever Antonio isə “Estudiantes” və “Tigre” klublarında çıxış edib.Hər üç futbolçunun Türkiyəyə dünən gəldiyi bildirilir və onlar haqda qərarın bir neçə gün ərzində veriləcəyi gözlənilir.







